M.C.Zərifin “aqoniya”sına qısa cavab

768F5214-1E69-4311-9ECC-4A4670CC1102

 

İran Xİ naziri M.C.Zərif bildirib ki, Tramp və komandası elə bir şeyi reallaşdıracaqlarına ümid edirlər ki, vaxtilə Makedoniyalı İsgəndər , Çingizxan və başqa işğalçılar İrana qarşı edə bilmədilər, “iranlıları məğlub edə bilmədilər”. Qəribədir, İsgəndər, ya başqaları daha nə etməli idilər ki?!
Makedoniyalı İsgəndər iki əsrlik Həxamənişi(Əhəməni) imperiyasını məhv etdi və bundan sonra altı əsr perslər hakimiyyət üzünə həsrət qaldılar. 3-cü əsrdə qurulan Sasanilər hakimiyyətinə də 7-ci əsrdə ərəblər son qoydu. Ondan sonra yenə 13 əsr farslar hakimiyyətə tamarzı qaldılar. Çingiz xanın indiki İran coğrafiyasına hücumu zamanı isə heç İran var idi ki, iranlı da olsun?!  1221-ci ildə Nişaburda gerçəkləşən dəhşətli qətliamı isə kimsə xatırlamaq belə istəməz. Bunu da qeyd edim ki, İran adlanan Elam-Midiya coğrafiyasında İran dilli xalqların 3 dövləti olmuşdur. İran dilli Zənd-Həxamənişlər öncə Babil sonra isə Miaday əsirliyində olan yəhudilərin dəstəyi ilə Midiyada saray çevrilişi edərək hakimiyyəti ələ aldılar. Hakimiyyətləri zamanı iltisaqi dilli Elam-Midiya mədəniyyətini tamamilə yox etdilər. İran diĺli tayfalardan pəhləvi dilli Sasanilər Parfiya imperiyasında saray çevrilişi edərək hakimiyyətə gəldilər. 500 illik Sak-Türk-Parfiya mədəniyyətini tamamilə yox etdilər.  Elam- Manna-Midiya coğrafiyasında  qurulmuş Persiya dövlətləri bölğənin qədim  xalqlarını və mədəniyyətlərini həmişə barbarca məhv ediblər. İstər Əhəmənilər (Həxaməniş), istərsə də Sasanilər dövründə əhaliyə qarşı zülm elə bir həddə çatmışdı ki, xarici təcavüzə qarşı kütləvi etirazlar baş vermədi. 1000 illik Türk hakimiyyətindən sonra taxt-tacı qəsb edən sonuncu fars sülaləsi Pəhləvilərdən narazı qalan əhali də 1979-cu ildə mollaların hakimiyyətinə “ləbbeyk” dedi. Adı İslam quruluşu, mahiyyətcə şuubiyyə düşüncəsində qalan mövcud rejimdə də əhaliyə qarşı zülm bitmədi. Görünən budur ki, baş diplomatın bütün iranlıların yerinə tarixə istinadla bu şəkildə danışması yalnız yaxınlaşan təhlükənin yaratdığı aqoniyanın təzahürüdür.

Okumaya devam et “M.C.Zərifin “aqoniya”sına qısa cavab”